Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.
Lim10.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.
Keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza”, “Üzeyir”, “Xudafərin”, “Neolit City”, “Şahənşah”, “Qaynana”, “Old Manqal”, “Salam Baku”, “Muğam Klub”, “Səhər Mehi”, “Nanə Pub”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat”, “Romanse”, “Veqas”, “Tərlan”, “Orman”, Gəncə şəhərində fəaliyyət göstərən “Tural”, “Kəhraba”, “Söyüdlük”, Göygöl rayonunda fəaliyyət göstərən “Münasib”, Samux rayonunda fəaliyyət göstərən “Çıraq Plaza” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.