“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
Azərbaycan Premyer Liqasının XXXIII turunun "Qarabağ" - “Neftçi” oyununun stadionu dəyişdirilib.
Lim10.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.
Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.