Ərdoğan Putinlə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“TRT Haber”in məlumatına görə, görüş zamanı Türkiyə ilə Rusiya arasında münasibətləri yaxşılaşdıracaq məsələlər, eləcə də Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr müzakirə edilib.

Söhbət zamanı prezident Ərdoğan Ukrayna məsələsinin hamının xeyrinə sülh yolu ilə həllinə töhfə verməyə hazır olduqlarını təsdiqləyib.