Ərdoğan Şimali Kiprdə zərbə PUA-ları yerləşdiri

 

Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları, o cümlədən hücum pilotsuz təyyarələri yerləşdirib. Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm. Bu bizim haqqımızdır. Biz Şimali Kipr Türk Cümhuriyyətini hər tərəfdən tam təmin etməliyik.

“Anadolu”nun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı Şimali Kiprin Kərpaz yarımadasında Türkiyənin yeni hərbi bazasının yaradılması imkanını şərh edib.

Onun sözlərinə görə, Türkiyənin ilk reaksiyası [ABŞ-ın Yunan Kiprə silah tədarükünə qoyulan embarqonu ləğv etmək qərarına] zərbə PUA-larının ŞKTC ərazisində yerləşdirilməsi olub.

Ərdoğan hərbi baza yaratmaq qərarından asılı olmayaraq, bu gün Türkiyədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin adaya ən qısa zamanda çata biləcəyinə diqqət çəkib. “Bu məsələdə də heç bir problem yoxdur”, - deyə o, əmin edib.