Əhalinin cibinə kim girir ki, getdikcə kasıblayır?
Akif Nəsirli
İqtisadi nəzəriyyəçiiərin belə bir deyimi var: istənilən səbəbdən baş verən qiymət artımı - inflyasiya hökumətin öz vətəndaslarının cibinə girməsi deməkdir. Bir neçə il əvvəl Belarus prezidenti A.Lukaşenko hökumətin müşavirəsində iqtisadçılar ona qiymət artımına getməyi təklif edəndə, demişdi ki, bu xalqın cibinə görməkdir və o yolu mən sizsiz də bilirəm - buna görə mənə iətisadćı lazım deyil. İndi, Lukaşenkonun sözü olmasın, xalqın cibinə girməklə (qiymətləri qaldırmaqla) hökumətin xərclərini ödəmək yolunu hamı bilir və bu çox primitiv üsuldur. Orta əsirlərdə də dövlətin xəzinəsi boşalanda vergiləri qaldırır, töcünü və biyarı artırırdılar. Bu da eynilə indiki təsiri göstərərək, bazarda qiymətlərin bahalaşmasına gətirib çıxarırdı. Məsələ, Azərbaycan hökuməti bu il ötən ilkindən, gələn il isə bu ilkindən milyardlarla manat çox vergi yığacaq. Dövlət büdcəsinin icrası və proqnozlərına baxanda bu aydın görünür. Özü də hökumət nümayəndələri bunu çox qürurla, fəxarət hissi ilə deyir - bu il vergi və gömrükdən dövlət büdcəsinə daxilolmalar filan qədər artıb. Sual verən yoxdur ki, bu artım nəyin hesabına baş verir? Əlbəttə, sahibkarkarın daha çox soyulması hesabına vergi və gömrükdən daxilolmalar çoxalir. Soyulan sahibkarlar isə avtomatik olaraq düşdükləri zərəri bağlamaq və bir qədər də qazanc götürmək üçün gətirdiyi və ya istehsal etdiyi malın, göstərdiyi xidmətin qiymətini qaldırır. Sahibkarların böyük əksəriyyətinin inhisarçı olması, onların rəqibinin olmaması isə qiymət artımına gedilməsini asanlaşdırır. Hələ biz məsələni qanuni tərəfindən danışırıq. Amma vergi və gömrük orqanları sahibkarlardan kifayət qədər böyük rəqəmlərlə ifadə edilən məbləğdə rüşvət alır, bir sıra qeydiyyatsız ödənişlərə məcbur edilirlər. Bu da qiymətlərin bahalasmasını, inflyasiyanın tətiklənməsini motivasiya edən amillərdəndir. Sonra isə hökumət üzvləri və dövlət məmurları deyir ki, bazar iqtisadiyyatıdır, biz sahibkara qiymət diktə edə bilərik...
"Dövşana qaç, tazıya tut" deyən hökumət
Hökumət bir tərəfdən sahibkarın xərclərini artırır (vergi, gömrük və digər orqanların qanuni və qeyri-qanuni ödənişlərini artırmaqla), digər tərəfdən isə sahibkarı bazara rəqibisiz buraxır. Belə halda sahibkar təbii ki, çəkinmədən, qamaşmada qiymətləri fantastik həddə bahalaşdıracaq.
Yuxarıda qeyd edilən iqtisadi siyasətin nəticəsində son 30 ildə Azərbaycanda qiymətlərin əsaslı şəkildə ucuzlaşması müşahidə edilməyib. Bu dövrdə göstəriciləri yalnız bahalaşma müşaiyət edib. Məsələ, bu ilin 9 ayı ərzində ərzaq məhsulları 20%-dən çox, qeyri ərzaq məhsulları isə 12%-ə qədər bahalaşıb. BMT-nin Kənd Təsərrüfatı Təşkilatının (FAQ) ötən il apardığı araşdırmaya əsasən Azərbaycan vətəndaşları illik qazancının 80%-ni ərzaq məhsullarına və digər gündəlik tələbat malların, 20%-i isə qeyri ərzaq mallarına xərcləyir. Yəni orta statistik Azərbaycan ailəsinin büdcəsində "yığîm" maddəsi mövcud deyil. Bu göstəriciləri nəzəra alsaq, cari ilin 9 ayı ərzində inflyasiya orta statistik Azərbaycan ailəsinin gəlirlərinin 18,4%-i yeyib. Başqa sözlə desək, qiymətlərin artmasının təsiri altındə əhalinin real gəlirləri 18,4% azalıb. Onu da qeyd edək ki, bu rəsmi statistikaya əsaslanan hesablamadir. İnfliyasiyanın alternativ hesablanması aparılsaydı, bu rəqəm daha böyük olardı və reallıği daha dolğun ifadə edərdi.
Əhalinin gəlirlərinin azalması ilə eyni zamanda neft və qaz satışından ölkəyə daxil olan vəsaitlərin həcmi ötən illə müqayisədə 3 dəfə artıb. Normal ölkəkərdə belə hal baş verdikdə hökumət imkan daxilində əhalinin gəlirlərini müxtəlif yollarla kompensasiya edir. İndi bir tərəfdən əhali gəlirlərinin az qala beşdə birini itirib, digər tərəfdə hökumetin gəlirləri 3 dəfə artıb. Atalar demişkən, al qonağın yağından, tök qonağın aşına. Xalqın sərvətindən gələn gəlirlərin bu qədər artdığı dövrdə Azərbaycan vətəndaşı nəyə görə kasıblıqdan əziyyət çəkməlidir?
Lakin buna baxmayaraq Azərbaycan hökuməti əhalinin onun iqtisadi siyasəti üzündən itirdiyi real gəlirlərini kompensasiya etməyə tələsmir.
Bu istiqamətdə görülən işlər siyahısına deputatların və SOCAR-ın rəhbər vəzifəlilərinin maaşının 2 dəfə, müəllim və həkimlərin isə əmək haqlarının qismən artırılmasını daxil etmək olar. Yerdə qalan milyonlarla dövlət qulluqçusu, pensiyaçı və muzdlu işçilərin gəlirlərinin kompensasiya edilməsi istiqamətində heç bir iş görülmür. Bu səbəbdən də Azərbaycan əhalisi getdikcə kasıblayır.