Cırıq patavaya "VARLI" yarlığı yapışdıran hökumət

Azərbaycanda kasıblıq həddinin müəyyənləşdirilməsi müstəqil iqtisadçılar arasında həmişə gülüş doğurub. Lakin artıq indi sadə vətəndaşlar da bu faciəvi gülüdü dadır.


2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu 205 manat məbləğində müəyyən edilib.
Bu məbləğ 2021-ci illə müqayisədə 9 manat və ya 4,6% çoxdur.
Məlumat üçün bildirək ki, yaşayış minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur.
Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini də artırır.
Yeri gəlmişkən, bu ilin 9 ayı ərzində istehlak məhsullarınin qiyməti 20%-ə qədər bahalaşıb ki, bu da minimum istehlak səbətinin dəyərini elə bu qədər artırıb. Yəni hökumət istehlak səbətinin dəyərini 205 manat təsdiqləmişdir. 205 manati baza göstərici kimi görürsək, artıq bu səbətin real dəyəri hazırda 226 manat təşkil edir.
Bu göstəricini diqqət mərkəzinə gətirməkdə məqsədimiz bu rəqəmə bağlı ola başqa bir göstəricini dəyərləndirməkdir. Ölkədə 205 manat minimum istehlak səbətinin dəyəri kimi qəbul edildiyindən, bir ay ərzində bu qədər gəliri olan vətəndaş kazıb sayılmır.
Əvvəla, vətəndaşın kasıblıq həddi yalnız onun gəlirlərinin məbləği ilə məhdudlaşdırılə bilməz.. Yəni kasıblıq həddini müəyyənləsdirərkən vətəndaşın gəlirləri ilə yanaşı xərclərinin də strukturu nəzərə alınmalıdır.
Məsələn, Almaniyada vətəndaşın gəliri 100 min avro olursa da, həmin gəlirlərin 60%-dən çoxunu gündəlik ehtiyaclarına xərcləyən vətəndaş kasıb sayılır. Azərbaycanda isə ayda 205 manat gəliri olan vətəndaş bu məbləğın üstünə 100 manat borc alıb, əlavə xərcləsə də belə, bir aylıq gündəlik tələbatını ödəyə bilmir. Amma bununla belə Azərbaycan hökuməti 205 manat gəlirə malik olan vətəndaşını "varlı" hesab edir.
Məsələyə başqa bir rakursdan baxdıqda, hökumətin kasıblıq həddi və ya minimum ehtiyac səbətinin dəyəri ilə minimum əmək haqqı göstəriciləri prinsipcə uzlaşdırılmayıb.
Belə ki, orta statistik Azərbaycan ailəsinin sayı 4 nəfərdən ibarətdir - 2 valideyin və 2 uşaq. Tutaq ki, hər iki valideyin işləyir və hər biri hökumətin qayğısı sayəsində (minimum əməkhaqqını 300 manat mûəyyənləşdirib) 300 manat əmək haqqı alır. Ailənin gəliri 600 manat təşkil edir. Bu halda hökumətin müəytən etdiyi göstəricilərə əsasən ailənin toplam mini ehtiyac səbətinin dəyəri 802 manata (2x205+2x196=802) bərabər olur. Elə isə minimum əmək haqqı alan valideyinlər hökumətin müəyyən etdiyi minimum ehtiyac səbətini doldurmaq üçün əlavə 202 manatı (802-600=202) hardan almalıdır? Belə də isə valideyinlər hər biri minimum əmək haqqı aldıqları üçün kasıb sayılmırlar.
Bu gün rəqəmlərə görə, Almaniyada işsizləriin sayı (5.4%) ilə Azərbaycanda işsizləri sayı (5,8%) az qala üst-üstə düsür. Amma alman kriteriyaları ilə götürdükdə, Azərbaycanda oliqarx, menicər məmur və deputatlardan başqa bütun əhali kasıblıq həddindən dəfələrlə aşağı səviyyədə yasayır. Hökumət isə öz vətəndaşının "cırıq patavasına" "varlı" yarlıği yapışdırır ki, ona sosial yardım və ya müavinət verməsin.

Akif Nəsirli