DİN Cəlilabadda vətəndaş və mülkiyyət hüquqlarını kütləvi şəkildə pozub
Cəlilabad şəhəri, Vüqar Mürsəlov küçəsi 7 unvanında yaşayan İsmayılov Hidayət Xudaverdi oğlu redaksiyamıza ünvanladığı məktubda yazır ki, Cəlilabad şəhərinin sakilarini müstəqillik dönəmində kimlərsə öz yaşayış ünvanlarından çıxarıb başqa ünvanlarda qeydiyyata salıb. Məsələn, H.İsmayılov deyir ki, o, Vüqar Mürsəlov 7 ünvanında dünyaya göz açıb, orta məktəbdə oxuyanda məktəbə və digər gərəkən dövlət qrumlarına bu ünvanda yaşadığı və qeydiyyatda olduğu barədə arayış təqdim edib, bu ünvandan həqiqi hərbi xidmətə çağrılıb və s. Amma nədənsə, 2002-ci ildə şəxsiyyət vəsiqəsi alanda görüb ki, o, Vüqar Mürsəlov 7-də deyil, 9-da qeydiyyatda olan kimi göstərilib. H.İsmayılov həmin vaxt buna əhəmiyyət verməyib. Şikayətçi yazır ki, bu hal Cəlilabad şəhərində kütləvi xarakter daşıyır, heç kim də vaxtında buna əhəmiyyət verməyib.. Lakin rayondan şəhərə köç başlayanda evlərini satan Cəlilabad şəhər sakinlərinə bu məsələ problem yaratmağa başlayıb. Vətəndaş evini satanda məlum olur ki, onun evində tanımadıği bir neçə nəfərin qeydiyyatı var. Qanuna görə ünvanda qeydiyyatda olan vətəndaşların həmin mülkdə yaşamaq hüququ olduğundan, ev satılanda qeydiyyatda olan vətəndaşların hamısının razılıq ərizəsi olmalıdır. Bəzi hallarda isə əmlak sahibi ünvanda qeydiyyatda olan vətəndaşları ya tanımır, ya da uzaqda olduğu üçün onlardan ərizə ala bilmir. İkinci bir tərəfdən, həmin vətəndaşlar razılıq ərizəsi verməyə də bilər. Yəni Cəlilabadda mülk sahibləri heç bir səbəb olmadan tanımadıqları adamlardan asılı vəziyyətə salınıb. Belə problemlə üzləşən vətəndaşlara nataryus idarələri təklif edir ki, hər adama 100 AZN ödəsəniz onları qeydiyyatdan çıxararıq. Əslində isə belə mübahisələri məhkəmə həll etməlidir. Beləcə, Cəlilabad rayon nataryusları bu məsələdən yaxşi qazanc götürür.
H.İsmayılov deyir ki, Vüqar Mürsəlov 9 ünvanındakı ev satılanda oğlumla mən bir gün vaxt itirib, gedib nataryusda razıliq ərizəsi yazdıq. Elə adam da var ki, Bakıda və ya xaricdə yasayır, yaxud vaxt itirib gəlmək istəmir. Belədə isə evlərini satmaq istəyən vətəndaşlar kimlərinsə əməllərinin bəlasına düşüb, sonda nataryuslara rüşvət vermək məcburiyyətində qalır.
Maraqlıdır ki, nə öz ünvanından qeydiyyatdan çıxarılıb başqa ünvana qeydiyyata salınan vətəndaşın, nə də ünvanına əlavə vətəndaş qeydiyyata salınan daşınmaz əmlak sahibinin bu prosesdən xəbəri olmayıb. Ölkədə ünvan dəyişdirilməsı məsələlərini yalnız Daxili İşlər Nazirliyinin müvafiq qurumu həyata keçirir. Bu qurum isə vətəndaşların qeydiyyat ünvanını yalnız onların müraciəti əsasında, əmlak sahibinin rəsmiləşdirilmiş razılığı olduğu halda həyata keçirə bilər. Sösüz ki, Cəlilabad şəhərində də, bu prosesi DİN-in müvafiq qurumu - RPŞ pasport qeydiyyatı idarəsi həyata keçirib. Lakin DİN-in vətəndaşların qeydiyyatı idarəsi bu prosesi tərəfkərin müraciəti və razılıği olmadan həyata keçirməklə qanunu pozub.
H.İsmayılov deyir ki, DİN mətbuat xidmətindən ona bu prosesin əmlakın qeydiyyatından çıxarış verilərkən "sürüşmə" nəticəsində baş verə biləcəyini deyiblər. Lakin hər halda Cəlilabad şəhərində vətəndaş və mülkiyyət hüquqları DİN tərəfindən kütləvi şəkildə pozulub və bu cinayət məsuliyyəti yaradır.
N.Akif