Azərbaycanda əhali dahap çox nəyi pul xərcləyir?

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq məhsul alıb.

 Alınan məhsulların 235 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatını isə qeyri-ərzaq malları təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.
Rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə bu il insanlar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 1,7 manat, qeyri-ərzaq mallarına isə 10,1 manat daha çox pul xərcləyiblər.