Növbəti günlərdə hava şəraiti necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 16-sı və 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.

Lim10.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Mayın 17-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.