Həkim səhlənkarlığından sağlamlığını itirən xanım fəryad edir - "GÜNÜ-GÜNDƏN AĞIRLAŞIRAM" (VİDEO)
Gəncə şəhər, Kəpəz rayon, Ü. Hacıbəyov küçəsi ev 778, mənzil 31 ünvanında yaşayan Səmədova Zeynəb Sadiq qızı tərəfindən gundemxeber.az xəbər portalına şikayət məktubu daxil olub.
Zeynəb Səmədova redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edir: "Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm. Ayaqlarımda şiddətli ağrılar olduğu üçün Aytən Əliyevaya müraciət etdim. Aytən həkim isə mənə ayaqlarımda kök hüceyrə olduğunu bildirib və qeyd edib ki, əməliyyat olunsan tam sağalacaqsan. Həkim Aytən Əliyeva cərrahiyyə əməliyatı etmək üçün məndən 3500 manat pul istədi. Qohum-tanışdan borc alıb Aytən Əliyevanın çalışdığı Respublika Neyrocərrahiyə xəstəxanasında əməliyyat olundum. Lakin bu günə qədər heç bir müsbət nəticə olmayıb. Günü-gündən ağrılar şiddətlənməyə başlayıb. Həkim Aytən Əliyeva öz səriştəsiz əməlinin üstünü ört-basdır etmək üçün “Bu adi haldır, ağrı kəsici dərmanlar yazaraq, deyə, məni aldadır. Ancaq bu günə qədər sağalmamışam, əksinə səhhətim günü-gündən pisləşir. Verdiyim pulu tələb etsəm də, həkim Aytən Əliyeva “get hara istəyirsən şikayət et" cavabını verir.