Sahibkarlara toxunan yox, istehlakçılar sağalmaz xəstəliyə tutulur,heç kim kömək etmir!


“Azad İstehlakçılar “İctimayi Birliyinə (AİİB) son 5 ildə çox baha qiymətə kosmetoloji cihazlar almış sahibkarlar tərəfindən cihazların keyfiyyətsizliyi,tez sıradan çixması, cihaz satan şirkətlərin zəmanət öhdəliklərini yerinə yetirməməsi,cihazların istifadəsi zamanı istehlakçıların sağlamlığında ciddi problemlər yaranması səbəbindən,xidmət göstərənlərin çıxılmaz vəziyyətə düşməsi,bu problemlər barədə,yəni cihazları satanların heç bir məsuliyyət hissi keçirmədən, alıcıya kömək etməməsi və.s barədə ardıcıl olaraq telefon zəngləri daxil olurdu.
AİİB sahibkarın deyil, yalnız istehlakçıların maraqlarını qorumağa çalişan və əksər hallarda medyanin köməyilə istehlakçının hüququnu təmənnasız olaraq qorumağa çalışan bir qurum olduğu üçün, bütün hallarda şikayət edən tərəfin yazılı ərizələrini qəbul etmədən onların hüquqlarını müdafiyə etmək üçün müvafiq dövlət orqanlarına,əksər hallarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə yönəltmişdir.
Lakin bu ilin aprel ayında AİİB-ə ardıcıl olaraq Bakı şəhər sakini Qurbanov Elvindən(Tel:0707575453) və Zaqatala rayonundan Ustayeva Xalimadan(0513211113) daxil olmuş şikayət ərizələri,təqdim olunmuş digər sənədlər, bazarın bəhs olunan seqmentindəki vəziyyətə nəzər salmaq, son nəticədə alıcıları artıq xərcə salmaqla bərabər, istehlakçıları da izafi xərclərə düçar edən, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə yaradan kosmetoloji cihaz vasitələrinə aid bu məsələlərin araşdırilması zərurətini yaratdı.
Məlum oldu ki,əsaasən lazer epilyasiyası üçün nəzərdə tutulmuş və ölkədə Cuatro, Wertex, A7 kimi adlarla satılan cihazlar əsasən Çindən idxal olunur və bu kimi cihazları idxal edən 10-a yaxın şirkət mövcuddur.
AİİB-ə şikayət etmiş sahibkarların müraciəti əsasında araşdırma aparılan zaman diqqəti “AZ ESTETİK GROUP”şirkəti çəkdi.
Araşdırma zamanı məlum oldu ki, ölkəmizdə kosmetoloji avadanlıqların satışını həyata keçirən Bakı şəhər Həsən Əliyev 3C ünvanında yerləşən Azestetik Group MMC şirkəti (VÖEN-1501655941) Tel-0502272093,əsasən 2016-cı ildən etibarən Çindən idxal etdiyi avadanlıqların zavod məlumatlarını cihazın üzərindən qopararaq onları heç bir məna kəsb etməyən adlarla (məsələn eyni cihazı öncələr Saphire, daha sonra Wertex, hazırda isə Vintex) adlandıraraq satışını həyata keçirir. Alıcı və İstehlakçılara avadanlığın əsl model adını ölkə və zavod adının düşünülərək yalnış deyilməsi ilə cihaz alanı ömür boyu özlərindən asılı saxlayırlar və bu cihazın düzgün istismarına da problem yaradır. Çünki alıcı zamanla ehtiyyat hissəsinə ehtiyyac duyarsa internet üzərindən öz cihazına dair heç bir məlumat əldə edə bilməyəcəyindən məcbur olaraq avadanlığı ona aldadaraq satan şirkətə müraciət edir! İdxal olunan mallardan yüzlərlə insana satılmış Quartet və Melisa kimi cihazlarin isə keyfiyyəti tam şübhə altındadır. Beləki Cuatro ve Melisa kimi adlandirilaraq satilan cihazlar Cinin Guandong əyalətində Guangzhou şəhərində yerləşən Futai adlı sexə məxsusdur ve internet uzərindən axtarış verərkən adları 3 funksiyali gozellik aləti ve 5 funksiyalı arıqlama cihazı kimi umumi adlar çıxır
https://tst-laser.en.made-in-china.com/product/fFbAnzLTYdcl/China-4-in-1-Multi-Function-Dpl-RF-ND-YAG-Laser-IPL-Hair-Removal-Skin-Rejuvenation-Tattoo-Removal-Beauty-Equipment.html.
Qeyd olunan avadanlıqlar ölkəmizə idxal olunarkən avadanlıga dair vacib məlumatlar (hansi ki avadanığn arxasında yazilmasi sərtdir) olmur, məsələn istehsal tarixi, istehsal ölkəsi ve zavodu, IMEI ve ya SN nömrəsi, cihazın zavod adı ve sair. Bu o deməkdir ki, Azərbaycandakı Uyğunluq sertifikatı veren bütün qurumlar bu məlumatlar olmadan Uyğunluq sertifikatı vere bilməz,sadəcə mümkün deyil! Ümumiyyətlə bu cihazların heç bir texniki pasportu,texniki sxemi, istifadə qaydasına dair hər hansı sənədi mövcud deyil,çünki kustar üsulla ,insana zərərli təsiri qətiyyən nəzərə alınmamaqla “hazırlanmış”cihazlardır. Cihazların hamısının üzərində alıcını və istehlakçıları aldatmaq məqsədilə ,bu cihazların guya Avropa Birliyi (AB)ölkələrində sertifikatlaşdırıldığını və AB ölkələrində satılmasının qanuni əsas olduğunu göstərən beynəlxalq CE nişanı vardır! Qanunlara zidd olaraq Azərbaycan dilində olan istifadə qaydalarına dair istehsalçının təlimatı və.s. yoxdur. Və bu mürəkkəb texniki cihazlara Azərbaycanda uyğunluq sertifikatı verən “CERTUS”MMC-nin(994559581785) cihazın parametrlərini yoxlamaq üçün zəruri avadanlıqları varmı ?!Lakin eyni keyfiyyetdə olan A7 adlandırılaraq satılan cihaza Azestetik sirkəti Uygunluq sertifikati alıb kecen il. Buna əsas səbəb cihazların üzərində mütləq şəkildə olması gərəkən serya SN, İMEİ kodlarının, istehsal tarixinin, istehsal ölkəsi və istehsalçıya dair məlumatların olmamasıdır.
Azestetik şirkəti bu yolla alıcını özündən asılı saxlamaqla kifayətlənmək istəməmiş, 2020-ci ildən günümüzədək satdığı lazer cihazlarının daxilinə Latviya istehsalı olan daxilində yerli mobil operatora məxsus mobil nömrə olan FMB920 model, uzaqdan izləmə və komanda icra edə bilən qurğu yerləşdirmişdir. Qurğunun var olması barədə məlumat alıcıdan gizlədilmiş və satış müqavilələrində də əks olunmamışdır, qurğunun zavod pasportu olmadığı üçün başqa hər hansı sənətdə də da bu barədə məlumat yoxdur! AİİB-ə daxil olmuş müstəqil servis sənədlərindən və şikayətlərdən məlum olur ki, hansı alıcı bu əlavə qurğudan şübhələnir və ya hətta təzə cihazın işləmədiyini görürsə yenidən pul ödəyərək cihazı işlək vəziyyətə gətizdirir! 30 nəfərdən artıq istifadəçinin avadanlığından çip qurğusu (FMB920) aşkarlanaraq çıxarılması barədə məlumatlar da vardır. Apardığımız araşdırma zamanı məlum oldu ki, çip qurğusu həqiqətən sonradan kustar üsullarla cihaza yerləşdirilir! Çip qurğusu çıxarılmış Cuatro, Wertex, A7 adlı cihazları Xalima Ustayevaya məxsus- Zaqatala seh. Vidadi kuc. 28 , Elvin Qurbanov a məxsus- Baki şəh. Bülbülə qəs. Bəhlulzadə küç. 4 , Bağırova Pervanəyə məxsus (0552240449) Gəncə şəh. H.Əliyev 357 Perla estetik mərkəzdə, Abdullayeva Arzuya məxsus (0504309956) Ağdaş rayon 20 yanvar küçəsi Eda salonunda, Məmmədova Rənaya məxsus (0516015666) Şəmkir rayon Zəyəm qəsəbəsində görmək olar. Çipsləşdirilmiş cihazları həm Bakıda eləcə də digər rayon və kəndlərdə də müşahidə etmək olar! Bir daha qeyd edirik ki, çiplərin alıcılardan gizlin şəkildə cihazın texniki sxeminə müdaxilə edərək , cihazlara yerləşdirilməsində məqsəd müəyyən müddət sonra satan şirkət tərəfindən uzaqdan komanda verilərək cihazı deaktiv etmek üçündür, hansı ki, alıcı cihazın xarab olduğunu düşünür, satan şirkətə zəng vurub servis tələb edir və guya servis hansısa detalın xarab olduğunu bildirir və təmir üçün müəyyən pul alır.
Şikayətçilərlə söhbətlər göstərdi ki, qeyd olunan şirkət cihazlar haqqında naməlun səbəbdən yanlış məlumatlandırılma vermiş, və cihazın istifadə təyinatının səhv bildirilməsi həmin cihazın səhv təyinatda istifadəsinə səbəb olmuşdur ki, qısa zaman sonra xəstədə dəri xərcənginə, dəridə yarana biləcək qalıcı fəsadlara gətirib çıxarır. Buna misal olaraq damarların qurudulması (ləğvi) üçün nəzərdə tutulan Long Pulse Yag laser sistemin tük epilyasiyasında istifadəsi və ya aşağı tezlikli Ultrasəsin (Cavitation) qalın piy toxumaları mövcud olan nahiyyələrdə deyil insanın üz nahiyyəsində istifadəsidir. Bu istehlakçıya qarşı, özü xəbərsiz olduğu halada edilən cox təhlükəli hərəkətlərdir!
Şirkətin təsisçilərindən birinin yaxın qohumu 2016-ci ildən bu yana şirkət tərəfindən maliyyələşdirilərək Beynəlxalq Statuslu Doktor Uzman kimi tanıdılıb və mal satdıqları yüzlərlə insana tibbi avadanlıq dərsləri keçərək onlara 500-1500 manat qiymətlərə diplom və sertifikatlar satıb, hansı ki bu barədə bir çox insanın və oxşar sahədə fəaliyyət göstərənlər tərəfindən Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi kimi qurumlara şikayətlər olunsa da cavabsız qalıb. Araşdırma göstərir ki, “Uzman” orta təhsillidir amma işlətdiyi Fractional CO2 lazer və bu kimi təhlükəli hesab edilən cərrahi dermatoloji cihazları işlədərək tədris keçir. “Uzman” bilməlidir ki,cihaz istifadəçisinin kiçik bir yalnışlığı xəstəni ömürlük kor, sonsuz, əlil edə bilər. O bilməlidir ki, 4 motorlu deyərək reklam etdiyi cihazlar və 1013nm göstəricisində lazer dalğası mövcud deyil.
https://www.alphalas.com/products/lasers?etcc_med=SEA&etcc_par=Google&etcc_cmp=Lasers&etcc_grp=58613818462&etcc_bky=1064%20nm&etcc_mty=p&etcc_plc=&etcc_ctv=307719046765&etcc_bde=c&etcc_var=CjwKCAjw9IayBhBJEiwAVuc3fqZbshao5MxuwMR7M6rth6fnz335Z6ENB6L1L8mIFFgOiv73N9SabhoCNH0QAvD_BwE&gad_source=1&gclid=CjwKCAjw9IayBhBJEiwAVuc3fqZbshao5MxuwMR7M6rth6fnz335Z6ENB6L1L8mIFFgOiv73N9SabhoCNH0QAvD_BwE
AİİB-i narahat edən digər məqam ondan ibarət dir ki, ölkədə analoji bizneslə məşqul olan sağlam niyyətli biznes qurumları olsa da, onlarda AİİB-in əsasən medya mənbələrindən topladığı bu məlumatlara sahib olduqları halada onlar tam susurlar,heç bir vətəndaşlıq mövqeyi nümayiş etdirmirlər və bazarda yaranmış bu xaos, haqsız rəqabət də belə onları narahat etmir!Belə nəticəyə gəlmək olur ki, hamılıqla istehlakçı hüquqlarını pozmaqda bu biznes qurumlar ya müxtəlif adlar altında eyni şəxs tərəfindən idarə olunurlar,yada razılıq əsasında bazarı bölüşərək susmaqla işlərini davam etdirirlər. Müvafiq dövlət orqanlarının medyada əks olunan bu kimi məlumatlara, şikayətlərə etinasızliği da istehlakçıların həyatında nə kimi problemli məsələlərin mövcud olduğunu göstərir.Əlbəttə buna bənzər vəziyyətin mövcudluğunda 27 ildən artıqdır ki, fəaliyyət göstərən AİİB-də günahkardır! Daxil olmuş ərizələr artiq Antiinhisar və Bazara Nəzarət Dövlət Ağentliyinə göndərilmişdir.
Bazarin bu seqmentində olan, qeyd olunan problemlərin həlli üçün AİİB araşdırmanı təqdim etməklə AR-nin İqtisad Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə, AR-nin Daxili İşlər Nazirliyinə, AR-nin Dövlət Təhlükəsizliyi Xidmətinə,AR-nin Səhiyyə Nazirliyinə , AR-nin Gömrük Xidmətinə rəsmi müraciətlər göndərmişdir.


AİİB-in sədri: Eyyub Hüseynov.