2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 044 nəfər insulindən asılı, 29 456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385 179 nəfərdir ki, onlardan 35 765 nəfəri insulindən asılı, 349 414 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.