Tovuz rayonunun Əyyublu kəndində yanğın olub.
Lim10.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 260 kvadratmetr (hər mərtəbəsi 130 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası 20 kvadratmetr sahədə, digər iki otağın tavanı 60 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 80 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.