Nazirdən həbs edilən direktorun yerinə TƏYİNAT

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə direktor təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Fəzail Sadıqov Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatadək Bakı Şəhər Narkoloji Dispanserində çalışıb.

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzinin sabiq direktoru Elşən Mustafayev 2024-cü ilin mart ayında barəsindəki korrupsiya faktlarına görə həbs olunub.