Qubada daha bir nəfər intihar edib

Quba rayonunda daha bir nəfər intihar edib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Atuc kənd sakini 1983-cü il təvəllüdlü İsmət Sultanov evinin həyətindəki tövlədə özünü asaraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

11:16

Qubada intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Səbətlər kəndində qeydə alınıb.

Kənd sakini 44 yaşlı Q.Məmmədov yaşadığı evin girişində özünü asaraq, həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.