Bakıda gənc qızı avtomobili vurdu

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Ayna Sultanova adına parkdan çıxaraq qarşı tərəfə keçmək istəyən 2001-ci il təvəllüdlü Aysu Seymur qızı Ağayevanı minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.