Xətaidə eyvandan yıxılan şəxs öldü

Bakı şəhərinin Xətai rayonunda eyvandan yıxılan şəxs ölüb.

"Report"un məlumatına görə, Rasim Abutalıb oğlu İsmayılov yaşadığı binanın 6-cı mərtəbəsində eyvandan yıxılaraq ağır xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.