Ölkə ərazisində mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lim10.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.