Bakıda it dişləyən azyaşlı qız evə buraxıldı - AÇIQLAMA

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında sahibsiz küçə itlərinin hücumuna məruz qalan 11 yaşlı Zeynəb Süleymanova evə buraxılıb.

Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, bədənin çoxsaylı yaraları diaqnozu ilə KTM-ə hospitalizasiya olunan azyaşlı stasionar müalicələri bitdikdən sonra evə buraxılıb.

Könül Cəfərli