Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimov Göyçayda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid İlqar Şaiq oğlu Rəhimovun qalıqları Göyçay rayonunun Müskürlü kəndinə gətirilib.

APA-nin Şirvan bürosu xəbər verir ki, kənddə şəhidlə vida mərasimi təşkil olunub.

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən İlqar Şaiq oğlu Rəhimovun 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşdüyü ehtimal olunurdu. Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.