4 ayda 408 milyon manat xalis mənfəət - banklar rekord qırır

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən 23 bank tərəfindən 407,5 milyon manat xalis mənfəət əldə olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 62,3 milyon manat və ya 18% artıb.
Onu da qeyd edək ki, bu ilin ilk 4 ayında banklar tərəfindən ümumilikdə 89,9 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bu bank sektorunda hər ay təxminən 102 milyon manat mənfəət deməkdir. Hamıya bəllidir ki, ölkəmizdə banklar əsasən kredit verməklə gəlir əldə edir. Burada əsas rolubank faizlərinin yüksək olması oynayır.