Lənkəranda nəzarətsiz qalan körpə evin pəncərəsindən yıxılıb.
APA-nın verdiyi xəbərə görə, rayonun Siyavar kənd sakini, 2022-ci il təvəllüdlü A.A evin ikinci mərtəbəsində pəncərədən yıxılıb.
A.A Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
İki yaşlı uşağa ilkin tibbi yardım göstərilib, kompüter tomoqrafiyası müayinəsinə göndərilib.