"Prezidentimizə təşəkkür edirəm, məni üç övladıma, ailəmə bağışladı".
Lim10.az xəbər verir ki, bunu bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən əfv olunaraq çıxan məhkum Gülüş Fətəliyeva deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə hökm olunmuşdu:
"Ümumilikdə doqquz il həbs cəzasına məhkum edilmişdim. Cəzamın altı ilini çəkdim, üç ilini isə bağışlandım. İlk olaraq övladlarımın yanına gedəcəyəm, onları öpüb bağrıma basacağam".
Könül Cəfərli