Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?

"Hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur".

Lim10.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir", - deyə o qeyd edib.

Xatırladaq ki, dünən saat 22 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olduğu qeydə alınıb.