16 yaşlı Gülay Ağayevanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Pərvanə Ağayeva məlumat verib.
O, övladının anadangəlmə serebral iflicdən əziyyət çəkdiyini bildirib.
"Gülayın 16 yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. İllərdir onu müalicə edirik. Müalicələri vaxtlı-vaxtında edəndə onun səhhətində geriləmə müşahidə etmirik. Artıq bir neçə aydır onun müalicələrini etməyə imkanımız çatmır. Dərmanları çox bahadır, əlavə olaraq da masaja getməlidir".
Pərvanə Ağayeva dörd övladına təkbaşına baxdığını deyib.
"Mənim həyat yoldaşım dörd il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Dörd övladım var. Özüm günü 10 manata soğan yığmağa gedirəm, Gülay isə 320 manat pensiya alır. Aylıq ancaq bu pulla dolanırıq. Uşaqlar artıq üç gündür ki, gilas istəyirlər, imkan edib onu belə ala bilmirəm. Hazırda Gülayın müalicəsi və masajı üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 804-96-65.
Kapital Bank: 5239 1517 7425 8175.