Bu tarixdə ət bahalaşacaq - AÇIQLAMA
"Qurban bayramı elə vaxta düşür ki, həmin dövrdə kənd təsərrüfatı məhsulları bol olur. Təxminən 2 həftədən sonra, ətdən başqa bütün kənd təsərrüfatı məhsulları ucuzlaşacaq".
Bu sözləri Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, yalnız ət 1-2 manat bahalaşacaq:
"Qurban bayramı ilə əlaqədar ətə təlabat artacaq. Topdan satış bazarlarında qiymətlər yüksələcək. Bu, ətin pərakəndə satış qiymətinə də müəyyən qədər təsir göstərəcək. Amma bayramdan sonra ətin qiyməti yenidən həmin məcraya qayıdacaq. Ətdən başqa məhsulun bahalaşacağı gözlənilmir".
Seyranə Quliyeva