Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Lim10.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 30-u saat 16:30-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Lakin Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.