Ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub.
Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, məbləğlər - 11 000, 230, 1 300, 500, 300, 23, 480, 385, 1 050, 907, 917, 5 400, 50, 310, 42, 17, 280, 1 042, 364, 1 050, 2 500, 544, 367 manat olub.
"Kartda olan məbləğin azlığına-çoxluğuna baxılmır. Nə qədər varsa oğurlanır. Əgər kartınızda pul yoxdursa, naməlum şəxs sizə geri zəng edib başqa kart məlumatları istəyəcək. Diqqətli olun", - E.Hacıyev qeyd edib.