Bir yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Ləman Ələsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə anemiya xəstəliyindən əziyyət çəkir.
"Fatimə ötən ilin mart ayında dünyaya gəlib. Doğulandan bir neçə ay sonra bu ağır xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini davam etdiririk. Həkimlər müalicəni saxlasaq, onun ilik nəqlinə ehtiyacı olacağını deyirlər. Bunu qarşılamaq üçün nə maddi gücümüz, nə də donorumuz var".
Gənc ana övladını yalnız böyütdüyünü deyib:
"Fatimənin atası artıq beş aydır bizi atıb gedib. Nə axtarmır, nə gəlib övladını görmür. Onu görməkdən, bəzi xərclərini qarşılamaqdan da imtina edir. Təkbaşına övladıma baxmağa məcburam. Atam və qardaşlarım dəstək olurlar, Fatimənin müalicəsini edirik. Amma onlar da kənd adamıdırlar, fəhləliklə dolanırlar. Hazırda Fatimənin müalicəsini davam etdirmək üçün 600 manata ehtiyacımız var".
Ailə ilə əlaqə: (051) 461-32-09.
Leo Bank: 4098 5844 9701 0395.