"Bakcell" - aldatmaqdan dahiləşir...

"Bakcell" operatoru müştərilərini aldatmağın yeni metodunu icad edib. Müştərilərini aldadan Bakcell operatoru internet istifadəçilərinin aylıq ödənişlə aldadaraq 15 gün keçmədən internet trafiqinin müddətinin bitdiyi ilə bağlı sms daxil olmaqdadır. Bakcell operatoru bundan əlavə olaraq, müştərinin balansından xəbərsiz şəkildə gizli yollarla balansı boşaltmaqdadır deyə müştəri bildirir.
"Bakcell" operatorundan istifadə edən Azərbaycan vətəndaşı narazılığını bildirib. 055*999515 nömrə istifadəçisi onun balansından oğurlanan məbləğin qaytarılacağını bildirən sms almasına baxmayaraq bu günə qədər pulunun balansına qaytarılmayıb. Pulların geri qaytarılmasında yeni fırıldaqların olduğunu deyir. SMS-də balansınıza 15 manat qaytarıldı deyə yazılmasına baxmayaraq "Bakcell" operatoru bu sms-lə insanlarla məzələnməyə daha çox üstünlük verirlər – deyə vətəndaş qeyd edir.

Məsələ ilə bağlı araşdırmamız davam edir