Bakıda taksi sürücüsü 15 yaşlı sərnişini ilə cinsi əlaqədə oldu

Mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini olan 1993-cü il təvəllüdlü İsmayıl Həsənov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Cinayət işinin araşdırılması zamanı məlum olub ki, İsmayıl "Bolt" sistemi üzrə taksi sürücüsüdür. O, bir müddət əvvəl Xəzər rayonu Binə qəsəbəsində taksiyə müştəri kimi əyləşmiş 15 yaşlı Mələklə (şərti adlı) tanış olub və onun mobil nömrəsini götürüb. Daha sonra qızla yazışmağa başlayan taksi sürücüsü onunla gizli görüşüb. Yeniyetmə qız valideynləri evdə olmadığı vaxt İsmayılla görüşərək intim münasibətdə olub.

Yeniyetmənin anası hadisə barədə öyrəndikdən sonra qızının adından İsmayılla yazışmağa başlayıb və onlar arasında baş vermiş hadisəni dəqiqləşdirərək polisə şikayət edib.

Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə İsmayıl Həsənov 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib.