Bakıda hərəkətdə olan qatarın şüşəsi sındırılıb.
Lent.az xəbər verir ki, hadisə "Keşlə" stansiyası ərazisində baş verib. Naməlum şəxs hərəkətdə olan qatarın qapı şüşəsini sındırıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 15 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.