Bakıda məktəbli qız doqquzuncu mərtəbədən yıxılıb öldü

Bakıda məktəbli qız faciəli şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yıxılıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.