Paytaxtın müxtəlif istiqamətlərində parklanma ilə bağlı tənzimləmələr həyata keçirilib.
Buna görə də qanuni parklanma yerləri mövcuddur. Ancaq buna baxmayaraq, hələ də insanlardan qanunsuz pul tələb edən işbazlar mövcuddur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, parklanma yerlərinin idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və SMS vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı ödəniş tələb oluna bilməz.
Ətraflı BAKU TV-nin süjetində:
Qanunsuz "parkovşik"lər kimə xidmət edirlər? - "Çox şeyi danışmaq istəmirəm"