Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 12 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, Xətai rayonunda 2012-ci il təvəllüdlü Mirisa Mirsəfər oğlu Ağayev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.