Azərbaycanda RƏZALƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər - TƏFƏRRÜAT

Gədəbəydə kişinin alçaldılması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

Lim10.az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub.

Bundan sonra S.Əliyev, qadının əmisi oğlu Təgin Əliyev və sonuncunun dostu Cəbrayıl Hüseynovla birlikdə N.Kazımovu cəzalandırmaq qərarına gəliblər.

Onlar əvvəlcə N.Kazımovu döyüb, boğazına ip keçirərək kənd ərazisində gəzdirərək ona qarşı alçaldıcı hərəkətlər ediblər.

Bununla ürəkləri soyumayan şəxslər N.Kazımovu üzr istəmək üçün S.Əliyevin qayınanasının yanına aparıblar və orada qadının ayağından öpməyə məcbur ediblər.

Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

Lim10.az xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.

Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Aytac Qasımova