Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində 99-E-906 dövlət qeydiyyat nişanlı motosikletlə hərəkət edən sürücü və bir nəfər sərnişinin xüsusi qoruyucu geyimdən istifadə etmədikləri, habelə motosikleti idarə edən şəxsin təhlükəli manevrlər etməklə digər hərəkət iştirakçılarına narahatlıq yaratdığı barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Lim10.az-ın əldə etdiyi məlumata görə, motosikleti idarə edən şəxsin İkinci Qarabağ müharibəsinin iştirakçısı, paytaxt sakini 1998-ci il təvəllüdlü Aqşin Quşçiyev olması müəyyən edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin şəxs rayon polis şöbəsinə dəvət olunub və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Aytac Qasımova