Su basmış ərazilərdən insanların təxliyə edilməsinin görüntüləri

İntensiv yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində su basmış ərazilərdə ötən gündən başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən suçəkmə, köməksiz vəziyyətdə qalan insanların təxliyəsi və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Lim10.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Nazirliyin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilmiş tədbirlər sayəsində göstərilən istiqamətlərdə bir çox yerlərdə suyun çəkilərək kənarlaşdırılmasına nail olunub. Hazırda bəzi ünvanlarda suçəkmə işləri davam etdirilir.

Həmçinin, güclü yağıntılar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən Nohur gölünün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Su basmış ərazilərdən insanların təxliyə edilməsinin görüntüləri

Su basmış ərazilərdən insanların təxliyə edilməsinin görüntüləri