Oğlunun "Məzun günü"nə hazırlaşan institut əməkdaşı qəfil vəfat etdi

AMEA-nın Folklor İnstitutun Klassik Folklor şöbəsinin elektronçusu Elnarə Soltanova qəfil vəfat edib.

Lim10.az xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, bu gün E.Soltanovanın oğlunun "Məzun günü" imiş:

"Bu günü çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında "WhatsApp"da paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə də səhər oğlunun "Məzun günü"ndə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş".

Onun ölüm səbəbi məlum deyil.