Övladımın əməliyyata ehtiyacı var: İslamın dəstəyə ehtiyacı var

12 yaşlı İslamın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Ülviyyə Qurbanova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə kriptorxizm (enməmiş testis anlayışı ilə sinonim olub, xayanın xayalıqda olmadığı bütün hallar) xəstəliyindən əziyyət çəkir:

"İslamın 12 yaşı var, o illərdir kriptorxizm xəstəliyindən əziyyət çəkir. O, bir neçə il öncə bu xəstəliyə görə əməliyyat keçirsə də, əməliyyat uğursuz nəticələnib. Bir il öncə şiddətli ağrılarına görə həkimə müraciət etdik. Həkimlər onun xayalarının yerində olmadığını dedilər. O buna görə yenidən əməliyyat olundu".

Gənc ana övladının yenidən dəstəyə ehtitacı olduğunu deyib:

"İslam yenidən əməliyyat olunmalıdır, əgər olunmasa gələcəkdə onda ciddi problemlər ola bilər. Əməliyyat Bakıda yerləşən özəl klinikalardan birində həyata keçiriləcək. Bunun üçün 2 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 866-99-90
Kapital Bank: 4169 7388 6388 225