Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.
Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4 950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.