Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Yayılan görüntülərdə nəqliyyat vasitəsinin aşdığı görünür.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Lim10.az-a açıqlamasında qəzanın ötən gün səhər saat 10 radələrində baş verdiyini qeyd edib:
"Hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsinin Şabran rayonu ərazisindən keçən hissəsində (123-cü kilometrlikdə) qeydə alınıb. Bakı şəhər sakini 1989-cu il təvəllüdlü xanım sürücü idarə etdiyi "KIA Sportage" markalı 99-TA-076 dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarındakı beton maneəyə çırpıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 2017-ci il təvəllüdlü sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır".
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli