Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Qəza zamanı BMW markalı avtomobil velosipedçini vurub, daha sonra nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı velosipedçinin öldüyü bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Lim10.az-a açıqlamasında hadisənin bu gün saat 13 radələrində Qusar-Xudat yolunun 5-ci kilometrində baş verdiyini qeyd edib:
"Belə ki, BMW markalı 99-FN-105 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks hərəkət zolağına çıxaraq yolun orta hissəsində hərəkətdə olan velosipedçini vurub və daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2012-ci il təvəllüdlü velosipedçi aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır".
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli