Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.
Nazirliyin mətbuat xidməti Lim10.az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi.
Bildirildi ki, FHN-nin 112 qaynar telefon xəttinə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
"Məlumata əsasən dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar. Hadisə yerində yanğının genişlənməsinə və ətraf ərazilərə yayılmasına yanğınsöndürənlər tərəfindən yol verilməyib. Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəs 140 kvadratmetr olan ərzaq mağazasının içərisində müxtəlif markalı vitrin soyuducular, bir ədəd kondisioner və ödəniş terminalı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova