Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 280 kvadratmetr (hər mərtəbəsi 140 kvadratmetr) olan ikimərtəbəli altıotaqlı evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 kvadratmetr sahədə və dam örtüyü 40 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 kvadratmetr sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.