Luka Modriç Avropa çempionatlarında qol vuran ən yaşlı futbolçu oldu

Xorvatiyanın kapitanı Luka Modriç Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.

Məlumata görə, İtaliya ilə görüşdə qol vuran Luka Modriç 38 yaş 289 günündə fərqlənib.

54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1 dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 12 gün təzələyib. Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib.

Qeyd edək ki, İtaliya - Xorvatiya matçı 1:1 hesabı ilə yekunlaşıb.

Mənbə: Goal.com