24 yaşlı Haxverdinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Gülsara Novruzova məlumat verib.
O bildirilib ki, övladı Haxverdi dekabrın 4-də avtomobil qəzası keçirib:
"Haxverdinin 24 yaşı var. Ötən ilin dekabr ayında ağır avtomobil qəzası keçirib. Xəstəxanaya gətiriləndə onun ağciyəri və qaraciyəri zədələnmişdi, beyninə isə qan sızmışdı. Beynində olan problemə görə həkimlər onu süni komada saxlamağı məsləhət gördülər. Bir ay o vəziyyətdə müalicə olundu. Oyanandan sonra isə nə məni, nə atasını tanıdı. Bir müddət nevroloji müalicə aldı".
Gülsara Novruzova hazırda oğlunun əməliyyat olunmasının zəruriliyini qeyd edib:
"Haxverdinin hazırda nəfəs almasında problem var. Buna görə də o, yenidən əməliyyat olunmalıdır. Artıq neçənci dəfədir ki, o, eyni əməliyyatı keçirir. İlk dövrlər yaxşı olsa da, bir müddət sonra eyni problemlə üzləşirik. Oğlumun müalicəsi üçün lazım olan 3 500 manatın 1 000 manatını toplaya bilsək də, 2 500 manatımız hələ də çatmır. İnanın, vəziyyətimiz çox ağırdır. Birotaqlı evdə altı nəfər yaşayırıq. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-87-17.
Leo Bank: 4098 5844 9623 3485.