"Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq".
Lim10.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: Peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, yüksək nəticə göstərən müəllimlərin dərs saatı artırıla bilər:
"İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desinlər. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb digərlərinə verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada 57 bal toplayanla, 31 bal toplayan müəllimə fərq qoyulacaq".
Almaz Qasımova