Bakının Nəsimi rayonunun C.Hacıbəyli küçəsində yaşayış binasındakı yanğın söndürülüb.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:
"Bakı şəhərinin Nəsimi rayonu, C.Hacıbəyli küçəsində 18 mərtəbəli yaşayış binasının həyətində generatorda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
Bakıda yaşayış binasının həyətində generator partlayıb.
Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, C.Hacıbəyli küçəsində 18 mərtəbəli yaşayış binasının həyətində generatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Həmin ərazidən olan görüntüləri təqdim edirik: