Ukrana hadisələri "Böyük Turan layihəsi"nin tərkib hissəsi kimi
Cabbar Məmmədov: “Bundan sonra maksimum gücləndirilmiş (“ətlik quzu” kimi bəslənilmiş!) Turanı, İranın daxilində 40 milyondan artıq, Rusiyanın daxilində 100 milyondan artıq, Çinin daxilində 20 milyondan artıq ayağa qalxmış (qaldırılmış) türk xalqlarına köməyə cəlb etmək, məqsəd əldə olunandan sonra isə, Turanın özünü də daxildən parçalayıb sakitləşdirmək – ABŞ-ın I və II Dünya Müharibələrində sınaqdan keçirdiyi standart ssenarilərdir və sadəcə, bu mərhələdə Almaniya rolunda Türkiyə seçilib”
Böyük güclərin Azərbaycan-Ermənistan bayrağı altında Cənubi Qafqazda toqquşmasından və Rusiyanı bu regiondan 90% sıxışdırıb çıxarmağa nail olmasından sonra, növbəti plasdarmın Orta Asiya olacağı gözlənilən idi. Belə ki, Orta Asiya qazını Rusiyadan yan keçməklə Avropa bazarlarına çıxarmaq, Çin-Hindistan – Avropa tranzit xəttini (“İpək Yolu” marşrutunu) Rusiyanın nəzarətindən ABŞ-ın nəzarətinə keçirmək başlıca məqsəddir. Əlbəttə, “Rusiyanı üzük qaşı kimi mühasirəyə almaq” siyasətini, Rusiyanın cənub sərhədlərinə qədər aparıb çıxarmaq və nəhayət, Rusiya, Çin, Hindistan və İran tandeminin düz ürəyinin ortasına xəncər kimi sancılmaq məqsədi ilə bu addım NATO üçün qaçılmaz idi. Təbii ki, bütün proseslər region xalqlarına daha doğma olan, regiana mənəvi “haqqı çatan” və Rusiya-Çin-Hindistan-İran tandemində də daha az aqressiya törədən Türkiyə bayrağı altında həyata keçiriləsi idi və necə ki keçirilir. Lakin kimin hansı bayraq altında regiona daxil olmasından asılı olmayaraq, bunun regionda güc balansını kəskin dəyişdirəcəyi və bunun da region dövlətlərinin kəskin reaksiyası ilə qarşılaşacağı riski də həddən artıq böyük idi. Bunun da nəticəsində Orta Asiya və Cənubi Qafqaz dövlətləri öz müstəqilliklərni birdəfəlik itirə bilərdilər. Nəzərə almaq lazımdır ki, SSRİ-nin parçalanması və bu dövlətlərin müstəqil olması üçün 1990-cı illərin əvvəllərində ABŞ triliyonlarla dollar vəsait xərcləmişdi.
Dünyanın demək olar ki, 50 faiz beyin potensialını (bəsit dillə ifadə etsək: ağıllı insanlarını) özündə cəmləşdirən ABŞ üçün, hər addımda bütün riskləri nəzərə alıb, maksimum sığortalamaq prioritet məsələlərdəndir. ABŞ burada da uzaqgörən siyasət sərgiləyib, region dövlətlərini daxildən gücləndirmək siyasətinə start verdi. Beləliklə, ABŞ-ın açıq-aşkar provakasiyası ilə Avropa və Rusiya özlərini Ukrayna cinahında tələyə saldılar. Nəticədə Avrasiyanın demək olar ki, inkişaf etmiş bütün böyük dövlətlərini(Çin, Rusiya, Yaponiya, Avropa dövlətlərini....) biznes üçün bir cəhənnəmə çevirdi. Özü isə, regionda biznes üçün yeganə cənnət şəraiti yaradıldı: TURAN. Bu gün sanksiyalar səbəbindən müflis olmuş bütün Avropa şirkətlərinin yeganə sığınacaq yeri “Kapital təhlükəli yerdən təhlükəsiz yerə miqrasiya edir” prinsipinə uyğun olaraq – Türkiyə oldu. Rusiyanın sanksiyalar içində boğulan bütün şirkətlərinin isə yeganə sığınacağı – Orta Asiya və Cənubi Qafqazdır (ABŞ-ı saymasaq). Hətta Çin belə biznes mühiti baxımından bu gün Turan zolağı ilə rəqabətə girə biləcək həddə deyil. Belə ki, rəqabət mühitinin sərtliyi, oranın özündə də, hər sahədə sanksiyaların tüğyan etməsi, həmçinin Çinlə ilişkili olan istənilən şirkətin gec-tez ABŞ-ın qəzəbinə tuş gəlib, qarət ediləcəyi riski–istənilən investorun aydın proqnozlaşdırdığı gerçəklikdir. Turan zolağı – Avrasiyanın bu gün təkcə ucuz işçi qüvvəsi, zəngin xammal ehtiyatı, qanunların zəifliyi və ən əsası – Qərb-Rusiya-Çin qarşıdurmalarından tam kənarda qalması baxımından bir növ Ofşor zonaya bənzər bir məkan olmayıb. Üstəlik də bu yol Rusiya üzərindən keçən bütün marşrutların qapandığı bir dönəmdə Avropa ilə Uzaq Şərq iqtisadiyyatını bir-biri ilə birləşdirən yeganə tranzit arteriyasıdır. Həmin zolaq üzərindəki dövlətlərin bu gün sürətlə ən müasir silahlarla silahlan(dırıl)ması, bir-biri ilə intensiv görüşlər keçirmələri, sürətlə inteqrasiya etmələri də (yəni, aktiv səfərbər olunmaları )bu gün heç kimdə təəccüb doğurmayan adi reallıqlardandır. Hansıları ki, vaxtilə birləşdirməyə cəhd etdiyinə görə böyük dövlətlərin birindən ciddi xəbərdarlıq aldığını, sağlığında hətta rəhmətlik Ulu Öndər də öz müsahibələrindən birində dilə gətirmişdi.
Bu mərhələdə Rusiya ilə ilişgili və onun öz gücünü qoruyub saxlıamasına dayaq olan istənilən bir dövlətin, sürətlə NATO-nun hədəfinə çevrilib neytrallaşdırılması(yəni Rusiyanın qol-budağının budanması) ən aktual məsələlərdəndir. Bu baxımdan Ermənistan və İran həmin zəncirin ən zəif həlqələridir. Onların “vurulması” isə, Rusiyanın Yaxın Şərqdəki hərbi hegomonluğunu həmin bu tramplinlərdən məhrum etmək deməkdir. Bu da ki, Şanxay blokunu əhəmiyyətli zəiflətmək, həmçinin dünyanın Qaz bazarındakı bugünkü turbulentliyio vaxt “İŞİD qiymətinə” olacaq zəngin İran qazı ilə xilas edə bilmək baxımından ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Təbii olaraq, ABŞ-ın siyasi təhlükəsizlik doktrinasına uyğun olaraq bütün bu siyasət, Türan dövlətlərini mütəmadi “söymək”, İran və Ermənistanı “tərifləmək” pərdəsi altında həyata keçiriləcəkdir. Bundan sonra maksimum gücləndirilmiş (“ətlik quzu” kimi bəslənilmiş!) Turanı, İranın daxilində 40 milyondan artıq, Rusiyanın daxilində 100 milyondan artıq, Çinin daxilində 20 milyondan artıq ayağa qalxmış (qaldırılmış) türk xalqlarına köməyə cəlb etmək, məqsəd əldə olunandan sonra isə,Turanın özünü də daxildən parçalayıb sakitləşdirmək – ABŞ-ın I və II Dünya Müharibələrində sınaqdan keçirdiyi standart ssenarilərdir və sadəcə, bu mərhələdə Almaniya rolunda Türkiyə seçilib. Həmişəki kimi bütün təlatümlərdən qalib çıxan yeganə dövlət isə, bu fırtınalarla öz arasına okeandan çəpər çəkmiş ABŞ olacaqdır. Əgər türk dövlətləri II Dünya Müharibəsinin təcrübəsindən nəticə çıxarmayıb, ən uduşlu mərhələdə oyundan çıxmağı bacarmasalar, ABŞ ssenarisi reallığa çevriləcək.
Bu gün regionda baş verənlərə və gələcəkdə də Təbrizin niyə Bakı ilə eyni dövlət olmaq istəməyib, ayrıca müstəqil dövlət olmaq iddiasına məhz bu prizmalardan baxmaq, ABŞ-ın səsləndirdiyi bəyanat, tutduğu mövqelərin bir çox halda dezinformasiya və dezorientasiya (komufulyaj) məqsədi daşıdığını unutmamaq, təhlükəsizlik (ələlxüsus kibertəhlükəsizlik) sistemimizi lazım olandan artıq dərəcədə NATO-ya etibar etmək olmaz. Belə olarsa, onda bu siyasət (onlar bir çox hallarda sizi kimdənsə qorumaq bəhanəsi ilə, yaxud başqasının adı, stili ilə problem yaradıb, sonra da ona qarşı içinə “çip” yerləşdirilmiş həll yollamaq üsulu ilə və ya sizin etibar etdiklərinizin – məsələn türklərin xətti, əli, qiyafəsi ilə zəruri sfearalara nüfuz edirlər; müxtəlif ölkələrdə yüksək vəzifələrə zəif, korrupsioner kadrların gəlməsi üçün özlərinin bütün imkanlarından istifadə edirlər və s.) dövlətimizi böyük oyunların qurban veriləcək kiçik peşkaları sırasından çıxarıb, vəzir olacaq böyük piyadaların sırasına keçirə bilməkdə siyasətçilərimizə yardım edə bilər. Siyasət düzgün qurularsa, o vaxt qardaş Türkiyə də ABŞ-ın yerinə ən real namizəd ola bilər.
TANRI TÜRKÜ QORUSUN!
Cabbar Məmmədov,
“Diplomatik Psixologiya” kitabının müəllifi